20 ildən sonra saçlarını kəsdirib

Əməkdar artist Nübar Novruza bu yaxınlarda görünüşündəki dəyişikliklə gündəmə gəlib.

XALQ.AZ xəbər verir ki, stilist Anar Ağakişiyev 60 yaşlı aktrisanın saçlarını kəsib və onları sarıya boyayıb.

N.Novruzova “Bizimləsən” verilişində deyib ki, sonuncu dəfə saçlarını 40 yaşında kəsdirib:

“Anarın yanına getməzdən əvvəl dedim ki, nə istəyir etsin, bircə saçlarıma əl vurmasın. İçəri girən kimi dedi ki, birinci saçlarını kəsəcəm. Məni ovsunladı, gözlərim doldu, dayandım, amma razılaşdım. 20 ildir ki, saçlarımı kəsdirməmişəm. Hər şeyimi itirmişəm, bircə saçlarım qalmışdı”.

 

Elgün