21 fevral bürclər

burc

 

Qoç – konkret işlər, ideyaların reallaşdırılması zamanıdır. Ciddi işgüzar və şəxsi məsələlərlə məşğul olun. İş yoldaşınız, tərəfdaşınızın durumunu, əhvalını mütləq şəkildə nəzərə alın.

Buğa – birgə fəaliyyəti razılaşdırın. Yaşam arealınızı qaydaya salmaq imkanlarını əldən verməyin.
Əkizlər – mühüm məqamlarda harmoniyaya nail olmaq olar. Günün ikinci yarısında çətin işə başlamaq olar.
Xərçəng – san atdığınız nəticə və məqsədi bilirsinizsə, səbrli və təmkinli olun, əzmlə irəliləyin. Şəxsi münasibətlər müstəvisində emosiyaların ardıcıllığını hissiyatınız bildirəcək.
Şir – ənənəvi prinsiplərə və adətlərə sadiqlik sizə stabilliyi qorumağa, daxili müvazinətə yiyələnməyə imkan verəcək. Ailənin yaşlı üzvlərini sevindirin. Alış-veriş üçün yaxşı gündür.
Qız – uzun-uzadı müsahibələrə başlamayın. Münasibətləri aydınlaşdırmayın. Həll variantını sürətlə arayın. Yeganə doğru çözüm yolunu seçməyə çalışın.
Tərəzi – bir neçə mühüm iş arasında seçim məcburiyyəti yaranacaq. Nəticədə heç bir işi görməyə bilərsiniz.
Əqrəb – görüləcək işlərin sayı artır. Amma onların reallaşdırılması təxirəsalmalar, gecikmələr, sədlər, maneələr və maraqlar toqquşması ilə üzləşir.
Oxatan – alış-veriş və imiclə bağlı işlər uğurlu olmayacaq. Səhhətinizdə diqqətli olun. Virus və yoluxucu xəstəlik riski artır.
Oğlaq – şəxsi münasibətlər müstəvisində təşəbbüs zamanı deyil. Kompromisə ehtiyac yaranırsa, güzəştə gedin.
Dolça – ikinci dərəcəli işlərlə məşğul olmayın. Emosiyalarda süstlük, lənglik müşahidə ediləcək.
Balıqlar – işgüzarlıq və fəallığınızı artırın. Mühüm planlardan birini reallaşdırmaq olar. Lakin mühüm məqamlardan birini qulaqardına vurmayın.