21 yaşlı qız intihar etdi

intihar_qadin_555

Xalq.az  xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospekti 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü  atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları F.S.-in intihar etmək məqsədilə özünü binanın 4-cü mərtəbəsindən atdığını müəyyənləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.