23 fevral bürclər

burc

 

Qoç – səhhətinizə diqqət yetirin. Xroniki ağrılar kəskinləşə bilər. Travma riski var. Uşaqları qoruyun.

Buğa – narahatlıq və təlaş səviyyəsi yüksəkdir. Özünüzü tənha hiss edəcəksiniz, ünsiyyət müsbət hisslər yaratmayacaq.
Əkizlər – yaxın ətrafınızdakı insanlara inanmır, ciddi məsələlərdə əminlik duymursunuz. Münasibətlərlə bağlı ciddi məsələlərə toxunmaq olar.
Xərçəng – yaşam arealınızı daha rahat edin, iş yerini qaydaya salın. Bu gün bir sıra məqamlara aydınlıq gətirin. Səs-küylü məclis və kütləvi əyləncələrdən uzaq durun.
Şir – Təmkinli, qərarlı və qətiyyətli olun. Əks halda daxili harmoniya və sakitlik hissi yaranmayacaq. Axşam saatlarında açıq havada olun, gəzintiyə çıxın.
Qız – niyyətlərinizdə ciddi və səmimi olun. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, kateqorik fikirlər söyləməyin. Heç bir olayı və ya prosesi süni şəkildə sürətləndirməyə çalışmayın. Şərtlər və situasiya özləri izhar olunmalıdır.
Tərəzi – imkan varsa mühüm tədbiri, səfəri, yoxlama və şəxsi görüşləri təxirə salın. Səhhətiniz və sevdiyiniz insanların rifahını ön plana çıxarın.
Əqrəb – günün ilk saatlırınısakit şəraitdə keçirin. Sonradan passiv olmayın, süst davranmayın. Bütün işləri günün ilk yarısında başa vurun.
Günün ikinci yarısında mütaliə, internetdə vaxt keçirmək, dostlardan biri ilə ünsiyyət məsləhətdir.
Oxatan – aktiv, enerji, yaxın ətrafınızdakı insanlarla fəal ünsiyyət vaxtıdır. Rəqabətə dayanıqlılıq səviyyənizi, güc və imkanlarınızı sınağa çəkmək istəyən adam var. İtki, zərər, peşmançılıq istisna deyil.
Oğlaq – Problemlər olacaq. Lakin sevinəcək, itkilərin yaratdığı hissdən çıxacaqsınız. Günün ikinci yarısı daha əlverişli və uğurlu olacaq.
Dolça – etibar etdiyiniz insanların sizə dediklərinə qulaq asın. Planların dəyişməsi, faydalı yeniliklər və xeyirli islahatların gerçəkləşməsi mümkündür.
Balıqlar – Səhər saatlarında aktiv çalışın. Axşam saatları istirahət və dəyərli insanlarla görüş zamanıdır. Çətin problemin həlli də məhz bu vaxta təsadüf edir.