24 dekabra astroloji proqnoz

astroloji

 

QOÇ – İxtiyarınızda olan bu təqvimdə yeni işlərə başlamağa dəyər. Bu yönümdə ulduzlar da sizə təkan verəcək. Boş durmaq, ümidsizliyə qapılmaq olmaz. Ətrafınıza yaxşı adamlar toplaşmaqdadır.

BUĞA – Dekabrın üçüncü dekadasının ən uğurlu gününü yaşayacaqsınız. Yeni təkliflər alacağınız, təzə xəbər eşidəcəyiniz labüddür. Bu gün hətta bir həftənin işini də görə bilərsiniz.

ƏKİZLƏR – İşgüzar sövdələşmələrdə iştirak üçün böyük şansınız var. Bu istiqamətdə qarşınıza qoyduğunuz məqsədlərin əksəriyyətini reallaşdıra biləcəksiniz. Həmkarlarınızla ehtiyatlı davranın.

XƏRÇƏNG – O qədər də səmərəli vaxt deyil. Ciddi iş görmək, uzaq səfərə çıxmaq, risk etmək sizə zərər yetirə bilər. Amma bu gün ürəyinizə yaxın adamlarla bir yerdə olmağınız vacibdir.

ŞİR – Pulla bağlı problemlərinizi bu gün yoluna qoya bilməsəniz, müəyyən çətinliklərlə baş-başa qala bilərsiniz. Bu istiqamətdə aktivliyinizi artırmağa səy göstərin. Saat 17-19 arası uğurludur.

QIZ – Mənfi enerjili Ayın bürcünüzdə olması gününüzü bir qədər passiv edə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq böyüməsin deyə, maksimum təmkin nümayiş etdirin. Çox pul xərcləməyin.

TƏRƏZİ – Sürprizlərlə dolu bir vaxtdır. Hər dəqiqənin qədrini bilin. Mövcud situasiyaları dəyərləndirməyi bacarsanız, inanın ki, bütün proseslər səmərəli olacaq. Təzə xəbər də eşidəcəksiniz.

ƏQRƏB – Bir qədər əsəbi ərəfədir. Az qala ətrafınızda olan hər bir predmet və ya məxluq əsəbinizi tarıma çəkir. Özünüzə toxtaqlıq verin. Başınızı daha çox işlə qarışdırmağa çalışın.

OXATAN – Sağlamlığınıza diqqət yetirsəniz, ixtiyarınızda olan bu təqvimdə bütün proseslər qənaətbəxş olacaq. Hətta nahardan sonra hansısa sevindirici hadisənin şahidi olacağınız da mümkündür.

OĞLAQ – Buraxdığınız hansısa səhvə görə, daxili sıxıntılarınızın artdığı güman olunur. Bu səbəbdən də özünüzü ələ almaqda çətinlik çəkirsiniz. Axşama yaxın vəziyyətiniz tənzimlənəcək.

SUTÖKƏN – Planetiniz olan Saturnun aktivləşməsi fəaliyyət prinsipində, eləcə də qarşılıqlı münasibətlərdə proseslərin xeyrinizə dəyişməsinə səbəb olacaq. Qərar qəbul edərkən özünüzə güvənin.

BALIQLAR – Ailə-sevgi münasibətlərində azacıq gərginlik gözlənilir. Bunu aradan qaldırmaq üçün kənar müdaxilələrə baş qoşmamalı, dedi-qodudan uzaq olmalısınız. Daha səmimi görünün.