24 yanvar bürclər

 

burc

Qoç – diqqətli, sayıq, zərbəyə hazır vəziyyətdə olun. Yaxın ətrafınızdakı insanların davranış motivlərini anlamağa çalışın. İş yoldaşları ilə münasibətlərdə çıxış yolunun aranmasına ehtiyac duyulan situasiya yarana bilər.

Buğa – problemi olacaq. Səbəb mövzu ilə bağlı olmaya da bilər, mümkündür. Amma nəticədə araşdırma, münasibətlərin aydınlaşdırılması, günahkarlar axtarışı istisna deyil.

Əkizlər – səbr edin. Ətrafınızla münasibətləri rahat və əlverişli məcrada saxlamaq şərtilə ilə fayda və mənfəətinizi qorumağa çalışın. Hesabları ödəyin, ailə üçün xoş işi görün. Bir qədər dincəlin.

Xərçəng – mühüm saydığınız məlumatı nəzarət altında saxlayın. Dostlar önəmlidir, amma onlara qarşı sizin iddialarınız var. Dost xətrinə dəyməmək üçün ehtiyatlı olun.

Şir – qüvvənizi boş işlərə xərcləməyin və əsas məqsədə doğru qətiyyətlə irəliləyərək işi görün. Uzunmüddətli situasiya indi formalaşmağa başladığından işləyən nəsnələri gücləndirin, amma yaxın ətrafla dramatik münasibətlərə səbəb olmayın.

Qız – əhvalın dəyişməsi, yaxınlarınızla münaqişə və arzulanan nəsnənin əldə olunmasında səbirsizlik mümkündür. Bu gün informasiya çox olacaq.

Tərəzi – hissiyatınız sizə doğru yolu göstərəcək. Borcu qaytarın, nasaz və gərəksiz əşyalardan qurtulun. Evdə səliqə, qayda yaradın.

Əqrəb – köhnə problemləri yada salaraq qarşılıqlı ittihamlar və umu-küsüyə səbəbkar olmayın. Həddən artıq sentimental davranmayın, uğura aqressiv şəkildə can atmayın.

Oxatan – gərgin, dinamik, aktiv gündür. İndi bir çox situasiyalar aktiv şəkildə dəyişir. İstək və ya tələbat varsa, təşəbbüskar olun. Şəxsi münasibətlərdə müəyyənləşməyə, təfərrüatların konkretləşdirilərək dəqiqləşdirilməsinə çalışın.

Oğlaq – ailə üzvlərinizi qayğılandıran, onları narahat edən məsələlərə diqqət yetirin. Açıq danışın, ümumi məqsəd və maraqları aşkarlamağa çalışın.

Dolça – dəyər verdiyiniz insanların yolunu keçməyin. Çətin vəziyyətdə olan və yardım istəyən insana kömək edin. İşlərinizdə qayda, intizam yaradın, daxili harmoniyaya nail olun.

Balıqlar – yaradıcı, aktiv insanlar üçün maraqlı gündür. Hiss və həyacan çox olacaq. Emosional sınaqlar vaxtıdır. Oyun qaydalarını indi siz diqtə edirsiniz. Lakin yaxın ətrafınızdakı insanlar tərəfindən doğru anlaşılmanıza səy göstərin.