248 saylı məktəbdə nə baş verir?

 

222

Bir neçə gün öncə ölkənin müxtəlif media quruluşlarında Binəqədi rayonunda fəaliyyət göstərən Nizami Nərimanov adına 248 sayl orta məktəbi ilə bağlı məlumatlar dərc olunmuşdu. Həmin məlumatlarda 248 saylı orta məktəbin direktoru Əsli Quliyevanın qanunsuzluqları, məktəbin şəxsi heyyətinə qan uddurması ilə bağlı çoxsaylı məlumatlar yer almışıdr. Bununla bağlı cumhuriyyet.az-ın elektron poçtuna daxil olan məktubda bildirilir ki, “müxtəlif saytlarda 248 saylı orta məktəbin direktoru Əsli Quliyeva haqqında yazılan məlumatlar həqiqətə tam uyğundur. Lakin Əsli Quliyevanın qanunsuz əməlləri barədə yarımçıq məlumatlar dərc olunub”.
Redaksiyamıza göndərilən məktubda bildirilir ki, 248 saylı orta məktəbi Əsli Quliyeva “Super Market”ə çevirib. Mətbuatda dərc olunan məlumatlarda qeyd edilirdi ki, məktəb direktoru 248 saylı məktəbin hesabına özünə 1 milyonluq villa alıb. Redaksiyamızın elektron poçtuna göndərilən məlumatda isə bildirilir ki, bu məlumat əsıində düz yazılmayıb. Belə ki, cumhuriyyet.az-ın məlumatına görə Əsli Quliyevaya məxsus Mehdiabad qəsəbəsindəki 2 mərtəbəli evin qiyməti 1 milyon manat yox təxminən 400-500 min manat olar: “Bu ev 2003-cü ildən tikilib. Lakin həmin evin içi 2010-cu ildə başdan ayağa təmir olunub. Bu həmin 2010-cu ildir ki, Əsli Quliyeva artıq 248 saylı orta məktəbin direktoru idi və burada özünün korrupsiya əməllərinə yaxşıca başlamışdır. Məlumatlarda dərc olunub ki, orta məktəb direktorunun təsərüffat işləri üzrə işlərini həyat yoldaşı Mübariz Quliyev həyata keçirir. Bu məlumat tamamilə düzdür. Bu həmin Mübariz Quliyevdir səhərdən axşama kimi 248 saylı orta məktəbin həyətində dayanaraq məktəb rəhbərliyinə məlumatlar hazırlayır”.
Məktubda 248 saylı orta məktəblə bağlı durum da təsvir olunur. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, məktəbin 11 c, 11 y və 10 d sinifləri demək olar ki, boşdur: “Bu siniflərdə gün ərzində ümumilikdə 4-5 şagird olur. 11 c sinifi ümumiyyətcə yoxdur yəni adı var özü yoxdur. Məktəbə yoxlama gələndə başqa siniflərin şagirdlərini 11 c, 11 y və 10 d sinifərinə gətirərək saxtakarlıq edirlər. 11 c, 11 y və 10 d siniflərinin şagirdləri aylığa buraxılıb. Həmin şagirdlrədən Əsli Quliyeva ildə 1000 -1500 manat arası hesab alır. 248 saylı orta məktəbdə 50 sinif və 120 yaxın müəllim heyyəti var. Əsli Quliyeva təkcə 2015-ci ildə məktəbə 5 nəfər xanımı lobarant adı ilə işə düzəldib. Həmin xanımları indidə elə bilirlər ki, onlar lobarantdırlar. Ancaq işə qəbul olunanların adları texniki işçi kimi qeydiyyatdan keçib. Əsli Quliyeva hər bir işə qəbul olunan xanımdan 5 min manat rüşvət alıb. Orta məktəbin sinif otaqlarında müəllimlər üçün demək olar ki, kreslolar yoxdur. Dövlət hər bir sinifə kreslo versməsinə baxmayaraq onlar Əsli Quliyevanın evindədirlər”.
Daha bir ilginc fakt isə hər il 83 saylı orta məktəbdən 20-25 arası şagirdin 248 saylı orta məkətbə “perevodudur”. Bu perevodun əsas səbəbkarı isə Əsli Quliyevadır. Çünki 83 saylı orta məktəbdən perevod olunanlar 248 saylı məktəbdə rahat şəkildə aylığa çıxa bilirlər. Bununla bağlı cumhuriyyet.az-a bildirilir ki, məktəbə perevod olunanlar hazırda direktor tərəfindən aylığa buraxılaraq hazırlıq kurslarına gedirlə: “Hal hazırda 248 saylı məktəbdə sinif otaqlaırnın bir neçəsi yoxa çıxıb. Ən maraqlı məqamlardan biri isə bəzi dərsləri 248 saylı orta məktəbdə adı olmayan müəllimlərin keçməsidir.Yəni Əsli Quliyeva burada bəzi müəllimləridə aylığa buraxıb. Onlaırn yerinə isə başqaları dərs keçir. Digər maraqlı fakt isə direktorun məktəbdən evinə 50-dən çox stul aparmasıdır. Hələ məktəbin idman meydançasında quraşdırılmalı olan turnikdə Mehdiabadakı vilaya aparılıb. Dövlət tərəfindən verilən bu turniklərin qiyməti 1500-2000 min manat arasıdır. Bakı şəhərində saxta atestat almaq istəyənlərin əksəriyyəti hazırda Əsli Quliyevanı axtarırlar.Çünki bu 248 saylı məktəbdə gecə məktəbi fəaliyyət götərir ki, onunda adı var özü yoxdur. Amma bu gecə məktəbi hər il Əsli Quliyevaya külli miqdarda qazanc gətirir. Məktəb direktoru atestatı 1000-1500 manat arası satır. Demək olar ki, ildə ən azı 30-40 nəfər Əsli xanımın bu atestatlarından “bəhrələnirlər”. Hazırda məktəbdə qapıçı olmadığı üçün qapının qarolunu müəlimlər növbə ilə çəkirlər. Amma məktəb jurnalınd aqapıçının adı soyyadı var və həmin şəxsin “saxta” qarovulçu əmək haqqısını Əsli Quliyeva alır”.
– Mübariz Quliyevin cibində olan iki əmək haqqı kartı məktəbin hansı texniki işçilərinə aiddir?
– Son bir ildə 248 saylı orta məktəbdə fəaliyyət göstərən gecə məktəbinin adı ilə neçə atestat satılıb?
– Əsli Quliyeva oğlanlarına və həyat yoldaşına hansı bahalı avtomobillər alıb?
– Təhsil Nazirliyinə “hörmət” adıyla mart ayında keçirilən əməliyyatın təfərrüatları…
– İki il öncə baş verib gizlədilən sirli olay….
Bu və digər ilginc məlumatlarla bağlı növbəti yazımızda ətraflı məlumat verəcəyik. İttihamlarla bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
Elçin Əmirov, cumhuriyyet.az