28 il sonra anasına qovuşdu

Türkiyədə qadın “İncirlik” hərbi bazasındakı amerikalı ailəyə övladlığa verdiy qızıyla 28 il sonra Esra Erolun proqramında qovuşub.

“ŞÜKÜRLƏR OLSUN, QIZIMI ÖLMƏDƏN GÖRDÜM”

Qızıyla bağlı bütün həqiqətləri “Esra Erol”da öyrənən ana 28 ildir görmədiyi, amerikalı ailəyə övladlıq verilən qızı Ayşeyə qovuşub. Ana “Şükürlər olsun, qızımı ölmədən gördüm” deyərək duyğularını ifadə edib.

“MƏNƏ ÇOX GÖZƏL BAXDILAR”

28 il sonra doğma amasına qovuşan Ayşe “Həyatım boyunca psixoloji heç bir sıxıntı yaşamadım. Bioloji ailəmi heç vaxt axtarmaq istəmədim. Çünki məni böyüdən ailəm mənə çox gözəl baxdı. Ailəm hər zaman bioloji ailəmlə bağlı mənə məlumat verirdi. 5 ildir evliyəm, uşağım olmur” deyərək bacılarımı qucaqlamaq üçün çox həyəcanlı olduğunu dilə gətirib.

Duyğu dolu anların yaşandığı proqramda ana-qız Esra Erola təşəkkürlərini bildiriblər.

Rəsul