28 oktyabra astroloji proqnoz

65

QOÇ – Başlıca məsələ maliyyə durumunu yaxşılaşdırmaqdır. Əgər bu istiqamətdə əzmkarlıq nümayiş etdirsəniz, mütləq qazanacaqsınız. Bu gün yersiz risklərdən uzaq olun ki, başınız ağrımasın.

BUĞA – Gözəl fəslin bu gözəl yarpağında varlanma ehtimalınız böyük olacaq. Odur ki, pulla bağlı nə qədər planlarınız varsa, məhz bu təqvimə təyin edin. Sağlıq durumunuz qismən yaxşılaşacaq.

ƏKİZLƏR – Səhhətinizlə bağlı xırda problemlər olsa da, bu, ümumi işinizə mane olmayacaq. Hətta şəxsi büdcənizi artırmaq üçün də imkan qazanacaqsınız. Riskli və yeni işlərəsə baş qoşmayın.

XƏRÇƏNG – Bu gün sülh günü, barışıq günüdür. Odur ki, mübahisələri münaqişəyə çevirməyin. Ədalətsiz adamlardan ədalət ummayın. Unutmayın ki, insanın oturuşmuş xarakterini dəyişmək mümkün deyil.

ŞİR – Mənfi enerjili Ayın sizin bürcdə qərar tutması əksər sahələrdə, ələlxüsus da qarşılıqlı münasibətlərdə sabitliyi poza bilər. Tələsik qərar çıxarmaq yolverilməzdir. Səhhətinizi qoruyun.

QIZ – Yaxşı olar ki, bu günü bütünlüklə pul məsələlərinə həsr edəsiniz. Mənasız məsrəflərə çox xərc çəkməyin. Çünki qarşıdakı həftədə cərəyan edən proseslər maddi durumunuzdan asılı olacaq.

TƏRƏZİ – Qida rejiminə xüsusi diqqət yetirin. Bu, sağlamlığınızı qorumağın başlıca üsulu ola bilər. Fiziki zəifliyinizi aradan qaldırın. Əgər evdə iştahasız olursunuzsa, qonaq gedin.

ƏQRƏB – Gündəlik fəaliyyətinizdən tutmuş şəxsi işlərinizə qədər hər şey olduqca standartdır. Bu səbəbdən vəziyyətiniz normal olanda da darıxırsınız. Bəlkə belə məhdud çərçivədən çıxasınız?!

OXATAN – Ümumi ovqatınızda pis heç nə olmayacaq. İşlə bağlı problemləriniz də məhz bu gündən qaydasına düşəcək. Təxminən saat 16-dan sonra isə əsas diqqətinizi sağlamlığınıza yönəltməlisiniz.

OĞLAQ – Təzadlı bir gün yaşayacaqsınız. Əsəblərinizi tarıma çəkənlər də olacaq, sizə sevinc bəxş edənlər də. İnsanları tanıdığınız üçün müsbət enerjililərə daha yaxın olun. Evə gec getməyin.

SUTÖKƏN – Neçə gündən bəri davam edən daxili gərginlik nahar ərəfəsində səngiyəcək. Amma üzərinizə düşən əsas vəzifə məsuliyyətinizi artırmaq olmalıdır. Axşam qonaqlıqda iştirakınız gözlənilir.

BALIQLAR – Ötən günlərdəki gərgin halınızdan əsər-əlamət qalmayacaq. Rastlaşdığınız adamlar çöhrənizə təbəssüm bəxş edəcək. Dostluqda sədaqət göstərənlərlə əlaqələrinizi daha da dərinləşdirin.