“Made in Azerbaijan” təqdimatı olacaq

“Made in Azerbaijan” loqosunun təqdimatı olacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) XALQ.AZ-a məlumat verilib ki, təqdimat yanvarın 12-də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə AZPROMO tərəfindən təşkil olunan İxracatçılar Klubunun 2018-ci il üzrə ilk iclası çərçivəsində keçiriləcək.

Təqdimat Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli məhsulların xarici bazarlarda təşviqi istiqamətində görülən işlərin davamıdır.