Prezident: “ASAN”ın yaradılması inqilaba çevrilib

Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib, Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb, içməli su və kanalizasiya problemləri uğurla həll olunub, kənd təsərrüfatının inkişafı üçün meliorativ tədbirlər görülüb, 4 su anbarı tikilib, 12300 kilometr yol çəkilib və bu il bu rəqəm 15 min kilometrə çatdıralacaq.

XALQ.AZ  xəbər verir ki, bunu rezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramının icrasının bu il başa çatdığını deyən Prezident İham Əliyev dördüncü proqramla bağlı işlərə başlanacağını bildirib.

“Dövlət proqramlarının icrası çox uğurla gedib və  qarşıda duran vəzifələr icra edilib” deyən dövlət başçısı bu proqramların həyata keçirilməsinin regionların inkişafında dönüş yaratdığını diqqətə çatdırdı.

2003-cü ildən Azərbaycanın böyük uğurlara imza atdığını, ölkəmizdə hərtərəfli inkişafın təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkədə aparılan islahatlar dünya birliyi tərəfindən də yüksək qiymətləndirilib.

Azərbaycanda sabitliyin təmin edildiyini, bunun mənbəyində isə xalqın iradəsinin, xalq-iqtidar biriliyinin durduğunu deyən dövlət başçısı ölkəmizin təhlükəsizlik, əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini, inkişaf parametlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən olduğunu bildirib.

Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan Prezident İlham Əliyev əsas məqsədin dövlətin qüdrətini artımaqdan və müstəqilliyimizi möhkəmləndirməkdən ibarət olduğunu vurğulayıb.

Ölkəmizdə demoqrafik proseslərin də sürətlə getdiyini, ötən 14 ildə əhalimizin 1,5 milyon nəfər artdığını deyən Prezident İlham Əliyev vurğuladı ki, bu dövrdə maaş və pensiyalar dəfələrlə artıb, önəmli sosial layihələr icra olunub, minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpiya-idman kompleksləri inşa olunub. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, “Asan xidmət” mərkəzlərinin yaradılması ictimai xidmətlər sahəsində bir inqilaba çevrilib. Kosmik ölkəyə çevrilən Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin üzunmüddətli və uğurlu inkişafını şərtləndirib. Bakı-Tbilisi-Qars dəmir yolunun bölgədə nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihə olduğunu deyən dövlət başçısı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin əhəmiyyətini vurğuladı, bütün bu layihələrin ölkəmizin uzunmüddətli inkişafına şərait yaratdığını bildirib.


Comments are closed.