“31 Mart soyqırımı erməni vəhşiliyinin bariz sübutudur” Adil Əliyev

 

adil

“1918-ci il 31 Mart soyqırımı erməni vəhşiliyinin əyani və bariz sübutudur. Bu soyqırım hadisəsi ermənilərin Türk dünyasına qarşı apardıqları iyrənc və məkrli siyasəti açıq aydın ortaya qoydu”. XALQ.AZ-ın məlumatına görə, bunu millət vəkili Adil Əliyev bildirib. O qeyd edib ki, mart soyqırımı XIX əsrin sonlarında başlayaraq ermənilərin Anadoluda, 1905-06-ci illərdə Azərbaycanda,1915-ci illərdə Türkiyədə törətdikləri siyasətin davamı idi: “1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar təəssüf ki,dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb. Ermənilər insanları amansızlıqla qətlə yetiriblər.

Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib. On minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-də iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan Prezidenti, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart tarixi  Azərbaycanlıların Soyqırımı Günü elan edilib”.