4 may bürclər

 

burc

Qoç – həyat eşqi və enerjiniz çoxdur. Məntiqli davranın, enerjinizi yanlış istiqamətə yönəltməyin. Əsəb və gərginlik yüksək səviyyədə olacaq, fəaliyyətnizdə xaotiklik müşahidə ediləcək.

Buğa – işlərinizdə hansısa formada ciddi nəticələrə nail olmaq istəyirsinizsə, ağıllı və təcrübəli insanın məsləhətlərinə qulaq asın. Maliyyə baxımından pis gün deyil. Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.
Əkizlər – müqavilə, anlaşma, sövdələşmə, daşınmaz əmlak almaq, köç və ya iş yerini dəyişmək üçün əlverişli gündür. Axşam saatlarında istirahət edin, yorğunluqdan qurtulun, qüvvəninizi bərpa edin.
Xərçəng – məqsədə aparan yolda qarşılaşdığınız çətinliklər və sədlər sizi qorxutmasın. Yaxın vaxtlarda reallaşdırılması mümkün olan parlaq ideyalar yaranır.
Şir – işlərinizin öhdəsindən gəlməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da həvəslə yardım edin. Alış-veriş üçün uğurlu gündür. Özünüzlə yanaşı, yaxınlarınıza da əşyalar ala bilərsiniz. Seçimdə yanılmayın.
Qız – gün sürprizlərlə zəngindir. Onların əksəriyyəti xoşdur. Gözlənilməz olaylar sizi çaşdırmasın. İstənilən situasiyada dərhal doğru yönü seçin, asanlıq və çevikliklə improvizə edin.
Tərəzi – çox uğurlu və yüngül, rahat gün deyil. Bununla belə, ağır problemlərlə qarşılaşmaq şansı azdır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyəti yaranır.
Əqrəb –  diqqətli və sayıq olun. Həmin işlərin hamısı diqqət və həssas münasibət tələb edir. İşlərin öhdəsindən gələcək, amma yorulacaqsınız.
Oxatan – işgüzar görüşlər və danışıqlar üçün əlverişli gün deyil. Dürüst yol və ton seçmək, qarşı tərəflə ümumi dil tapmaq asan deyil.
Oğlaq – daşınmaz əmlak və istənilən əmlakla bağlı sövdələşmələr, əməliyyatlar məsləhət deyil. Axşam saatlarında travma təhlükəsi var.
Dolça – məqsədinizə çatmağa çalışın. Kənar təsirlərin pressinqində əzilməyin. Buna görə də mürəkkəb mexanizmlər və kəskin alətlərlə işləməkdən imtina edin.
Balıqlar – sakit və rahat gündür. Maraqlı imkanlar yaranır. Bu imkanları görün, şansı əldən verməyin. Yaşam potensialı artır. Enerjinizə həsəd aparmaq olar. (milli.az)