4 rayon qazsız qaldı

qaz

 

Hazırda ölkənin həmən bölgəsində mənfi 3-5 dərəcə şaxta hökm sürür.

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb.

APA-ya istinadən xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, bu gün səhər saat 09:00 radələrindən ölkənin şimal-qərb bölgəsi (Şəki, Qax, Zaqatala və Balakən) rayonlarına təbii qazın verilməsində fasilə yaranıb.

Zaqatala Qaz İstismarı Sahəsindən (QİS) bildirilib ki, fasiləyə səbəb Yevlax-Şəki-Balakən magistral qaz kəmərinin 36-37-ci və 60,5-ci km-ləri arasında təmir işlərinin aparılmasıdır.

Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları yuxarıda adı qeyd edilən ərazilərdə təmir işlərinə başlayıb. Təmir işləri yekunlaşandan sonra bölgəyə yenidən təbii qazın verilməsi bərpa ediləcək.

Qeyd edək ki, hazırda ölkənin şimal-qərb bölgəsində mənfi 3-5 dərəcə şaxta hökm sürür.