45 şadlıq sarayına qadağa tətbiq edilib

54

 

“Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti xidməti tərəfindən bu il 132 şadlıq sarayında şadlıq saraylarının Dövlət Standartının tələblərinin hansı səviyyədə icra etməsi ilə bağlı araşdırma aparılıb”

Xaql.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.
Komitə rəsmisi bildirib ki, Dövlət Nəzarət tədbirləri nəticəsində 129 şadlıq sarayında xırda və kəskin nöqsanlar üzə çıxarılıb.

“Ölkə üzrə 45 şadlıq sarayında əhaliyə təqdim edilən məhsulların partiya satışını qadağan edən tələbnamə, 34 şadlıq sarayında isə bir neçə məhsulun hazırlanması və satışı qadağan edilib. Həmin şadlıq saraylarına inzibati protokol tərtib edilib. 9 təsərrüfat subyektinə isə cərimə tətbiq edilib. Şadlıq sarayları ilə bağlı Dövlət standartlarının bütün tələblərinə şadlıq sarayları tərəfindən icra edilməlidir.”

Dövlət komitəsinin rəsmisi vurğulayıb ki, bura masaların düzülüşündən stolların sayından, hər bir qonağa ayrılan sahədən başlamış akustikaya qədər onların problemlərinin həllinə qədər həmçinin personal xidmətlərin standarta uyğun olması, personalın peşəkar olması, ərzağın və təqdim edilən xammalın yeməklərin keyfiyyətinin təzə və insan sağlamlığı üçün təhlükəsiz olması əsas proritetlərdən biridir.

Komitə tərəfindən şadlıq saraylarına verilən vaxt ərzində aşakarlanmış nöqsanlar araşdırılır. Şadlıq saraylarının yenidən komitəyə müraciəti nəzərə alınaraq onların fəaliyyəti bərpa edilir.