5 məktəblini maşın vurdu

 

005

Gəncə şəhərindəki orta məktəbin yaxınlığında bədbəxt hadisə baş verib.

Xalq.az APA-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin 16 saylı orta məktəbinin qarşısında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 5 məktəblini vurub. Müxtəlif bədən xəsarətləri alan məktəblilər Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Gəncə Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır, yaxın saatlarda ətraflı məlumat veriləcək.