50 ingilis diplomat Rusiyadan çıxarılır

Böyük Britaniyanın daha 50 diplomatı Rusiyadan çıxarılır.

XALQ,AZ xəbər verir ki, bu barədə məlumat Rusiyanın Xarici İşlər Nazirliyindən verilib.

Qeyd edək ki, martın 4-də Britaniyanın Solsberi şəhərində Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı zəhərlənib. Britaniya tərəfi Skripalın zəhərlənməsində Rusiya dövlətini ittiham edib. Rusiya isə hadisədə əlinin olmasını inkar edir. Bu insidentlə bağlı Britaniyada diplomat adı altında fəaliyyət göstərən 23 rusiyalı kəşfiyyatçı ölkədən çıxarılıb, Rusiya ilə yüksək səviyyədə ikitərəfli əlaqələr dondurulub.

Rusiya Xarici İşlər Nazirliyi də martın 17-də Britaniyaya qarşı cavab tədbirlərini açıqlayıb. Bu tədbirlərə əsasən 23 britaniyalı diplomat “arzuolunmaz şəxs” elan edilib, onlara Rusiyanı tərk etmək üçün bir həftə vaxt verilib. Bundan başqa, Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb, “Britaniya Şurası”nın ölkədə fəaliyyəti dayandırılıb.

Elgün


Comments are closed.