556 km uzunluğunda tıxac yarandı

Tixac

Fransada rekord uzunluqda tıxac qeydə alınıb. Fransa Milli Tıxac-Məlumat Mərkəzinin məlumatına görə, Montelimar şəhərinin şimalında yaranan tıxacın uzunluğu, nə az-nə çox, 556 kilometr təşkil edib.

Avtomobillər, xüsusilə Drom ərazisindən keçən magistral yolda cəmləşib.

Rekord uzunluqda tıxacın yaranmasına səbəb kimi yayın son ayının ilk günündən etibarən istirahətə başqa şəhərlərə yollananların sayının çox olması göstərilir. Uzun tıxac bir neçə saat yolda hərəkəti iflic edib.