6 dekabr bürclər

burc

 

Qoç - istirahəti unudaraq aktiv çalışın. Ünsiyyəti məhdudlaşdırın, ümumi maraqlarınız olan insanla birgə fəaliyyətin prinsiplərini razılaşdırın.

Buğa - bu gün introvert əhvaldasınız. Gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, peşəkar məsələləri həll edin, yazışın.
Əkizlər - yaxın ətrafınızda mühüm hadisələrin ərəfəsi başlanır. Proseslərin mərkəzində olmağa çalışın. Aldığınız məlumatları təhlil edin ki, yaşanan olaylar sizi naqolay vəziyyətdə qoymasın.
Xərçəng - ev işləri, ailəvi tədbirlər, alınan əşyaların müzakirəsi üçün əlverişli zamandır. Əmlak məsələlərini həll etmək olar
Şir - tərəfdaşlarınızı diqqətlə dinləyin. Bu gün yaxşı məsləhətlə bahəm, sizi çoxdan bəri narahat edən suala cavab ala bilərsiniz. Ciddi problemləriniz varsa, məşvərət almaq üçün əlverişli gündür.
Qız - şəxsi münasibətlərdəki çətin situasiyanı müzakirə etmək üçün münbit zəmin yaranır. Səfər, çoxdan bəri ünsiyyətdə olmadığınız insanla təmasların bərpası üçün yaxşı vaxtdır.
Tərəzi - yarımçıq işi başa vurmaq, kiçik təmirlə məşğul olmaq olar. Əyləncələr romantik hisslər yaratmayacaq. Amma ünsiyyətdən praktiki fayda əldə etmək olar.
Əqrəb - yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün əlverişli zamandır. Cari hadisələri anlamaq və yeni ideyalar formalaşdırmaqda sizə yardımçı ola biləcək insanlarla ünsiyyətdə olun.
Oxatan - yaxın ətrafınızdakı stress vəziyyətlərə reaksiya verin. Yardım istəyənə dəstək olun. Məsləhətləriniz fayda verə bilər.
Oğlaq - bilik və informasiya axtarışında, ünsiyyətdə sizi maraqlı hadisələr gözləyir. Günün ikinci yarısında yaşamınıza spontan daxil olan ünsürlərlə maraqlanın. Prioritetlər az sonra özləri dəqiqləşəcək.
Dolça - hadisələrin təbii axarı aktivliyinizi müəyyənləşdirməlidir. İstənilən iş üçün münbit gün olduğundan şəraitdən maksimum yararlanın. Mümkün çətinlikləri əvvəlcədən təxminləmək üçün intuisiyanızı işə salın.
Balıqlar - qalmaqallara meylli insanlardan uzaq durun. Pozitiv dəyişikliklər tərəfdaşın aktivliyi, onların yeni ideyaları və təşəbbüsü ilə bağlı ola bilər. Onların qərarı əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin.

 

Scroll to top