67 yaşında ilk övladını dünyaya gətirib (VİDEO)

Rumıniyalı Andriana İlesku 67 yaşında süni mayalanmanın köməkliyi ilə hamilə qalaraq ilk övladını dünyaya gətirib.
XALQ.AZ-ın məlumatına görə, bu qadın dünyanın ən yaşlı anası kimi Ginnesin “Rekordlar” kitabına düşüb. Hazırda onun 76 yaşı, qızı Elizanın isə 9 yaşı var.

Bu balaca qızın yeniyetmə yaşlarında yetim qalacağını düşünənlər, Andrianı eqoistlikdə günahlandırırlar. Yerli kilsə belə qızı xaç suyuna salmağa çox çətinliklə razılaşıb. Qadın özü qızının 20 yaşınadək yaşayacağına ümid edir. O, həmçinin bir daha doğmaq fikrində olmadığını da qeyd edib.

Bütün bu söz-sözbətlərə baxmayaraq qadın özünü xoşbəxt hiss edir. Rekordçu qadın özünü maksimum 37 yaşında hiss etdiyini iddia edir.
76 yaşlı Andriana 25 kitab yazıb və professordur. O, özünü tamamən reallaşmış və xoşbəxt hiss edir.

Elizanın atası olmadığından, yetim qala bilər. Buna görə qadın Elizanın bank hesabına bir miqdar vəsait yatırıb.

Xatırladaq ki, 2006-cı ildə ispan Mariya De Lara 67 yaşında, 2008-ci ildə isə hindli Otari Panvar 70 yaşında ana olmuşdu.