7 aprel bürclər

 

burc

Qoç – yeni yer tutmaq, məqsədə çatmaq üçün öz yolunuzu seçmək vaxtıdır. Dostlar və yaxınlarla ümumi probemlər yaxınlaşmaq üçün güclü amilə çevriləcək.

Buğa – bu gün xırda təpələrin arxasında dağ görünəcək. Ümumi mühit gərgin olacaq, spontan münaqişələr yaranacaq, ətrafınızdakı insanlar reaksiyalarına xəsislik etməyəcəklər.
Əkizlər – hisslər və emosiyalar müstəvisində dağınıqlıq müşahidə olunacaq. Başqaları ilə yanaşı, özünüzü də çətinliklə anlayacaqsınız. Mühüm iş və ya tədbir varsa, kreativlik çılğınlığı mümkündür.
Xərçəng – poçt qutularınızı yoxlayın, sizi maraqlandıran təmaslarda aktivləşin. Bir neçə yerə baş çəkin, iş yoldaşları və tərəfdaşlarla perspektivləri müzakirə edin.
Birgə iş üçün aktiv gündür.
Şir – yaxın ətrafınızdakı insanları yeniliklərin qaçılmazlığına inandırmaq istəyirsinizsə, arqumentləriniz və sübutlarınız maraqlı olmalıdır. Şəxsi həyatda dəyişikliklər ola bilər. Dəyərli təəssüratlar üçün uzağa yollanmağa ehtiyac yoxdur – hər şey yaxınlıqdadır.
Qız – maraqlı hadisələrin axarına düşəcək, ilham hissini duyacaq, yeni imkanlardan şövq alacaqsınız. Maraqlarınız və gözləntiləriniz indi yaxında olmayan nəsnə ilə bağlıdır.
Tərəzi – diqqətli və sayıq olun. Ay və Oxatanın münasibətləri intellektual məşğuliyyətlə yanaşı, fiziki işlər üçün də əlverişlidir. Axşam saatlarında apatik, ətalətli istirahəti seçməyin. Aktiv olun.
Əqrəb – lakin başladığınız hər işi tamamlayın. Yaxın ətrafınızdakı insanlar sizi yeni əməllərə, cari işdə yeni ideyaların axtarışına təşviq edə bilərlər. Lakin planlarınızın reallaşmasında müttəfiq sizdən uzaqdakı insan olacaq.
Oxatan – bütün “cəbhə”lərdə işləri başa vurmağa çalışsanız, səhhətiniz zərbə ala bilər. Maraqlar dairəsini məhdud dairədəki işlər və tapşırıqlarla müəyyənləşdirin.
Oğlaq – batininizdəki enerjini çölə çıxarsanız, daha aktiv fəaliyyət alınar. Hissiyatınıza güvənin – o, sizə doğru yol göstərəcəək. Problemləri həll edin, işlərdə zəif “bənd”i tapın.
Dolça – yaradıcı, maraqlı ideyası olan insanlar üçün əlverişli gündür. Təbiilik, fərqlilik, spontanlıq sizi maraqlandıran tədbirə gərəkli həlqələr olacaq. Siz və həmfikirləriniz uğur əldə edə bilərsiniz.
Balıqlar – komanda işi, kollektiv fəaliyyət, iclas, toplantı, müsabiqə və yarış üçün əlverişli gündür. Enerjiniz ağır iş, səfər, dövlət qurumlarına baş çəkmək üçün yetərilir.