7 oktyabra astroloji proqnoz

10
Qoç – qarşınızda yeni imkanlar yaranır. Aktual vəziyyətlərdə enerjili olun, yaxın ətrafınızdak insanların mövqeləri ilə hesablaşın.
Yardım üçün kiməsə müraciət etmək fikrinə düşsəniz, eşitdiyiniz məsləhətləri dərhal rədd etməyin. Əks təqdirdə üz tutduğunuz insanın problemlərinizə olan marağı itəcək.
Günün ikinci yarısında maraqlandığınız işlə məşğul olun. Yaxınlarınıza yardım edin.
Davranışınız praktiki fayda verə bilər. Əks cins mənsubu ilə təmaslar xoş olacaq.
Buğa – günün ilk yarısında mühüm məsələni həll etmək, münasibətlərin perspektivlərini nəzərdən keçirmək, hədiyyə almaq və ya hədiyyə vermək olar.
Niyyətləriniz imkanlarınızı üstələməsin, yarımçıq işlər qıcıq yaratmasın deyə aktiv olun.
Yeni işə və ya layihəyə başlamayın, cari işləri tamamlayın.
Yaşamınızı çətinləşdirməyin, heç bir əsas və ehtiyac olmadan problemlər yaratmayın.
Günün ikinci yarısında hövsləsizlik etməyin. Həmsöhbətinizə danışmağa, demək istədiklərini söyləməyə imkan verin. Ətrafınızda baş verənləri müşahidə edin.
Proseslərin və olayların gerçək məğzini anlaya bilərsiniz.
Bir qədər sonra rəqabət güclənəcək.
Mövqelərinizi möhkəmləndirmək, daha dayanıqlı etmək üçün gərəkli informasiyanı arayın.
Axşam saatları alış-veriş üçün sərfəlidir.
Əkizlər – gələcəklə bağlı planları müzakirə edin, hədəfləri bəlirləyin. Yeni orientirləri müəyyənləşdirmək olar. Ciddi problemlərin həll variantlarını ailə üzvləri ilə birlikdə nəzərdən keçirmək olar.
Vəziyyətdə harmoniya yaradaraq qarşılıqlı münasibətləri yeni səviyyəyə çıxarın.
Diqqətiniz və qayğınıza ehtiyacı olan insanlarla təmasları fəallaşdırın.
Səhhətinizə fikir verin, özünüzü ifrat dərəcədə yormayın.
Günün ikinci yarısında enerjiniz də emosiyalarınız kimi çoxdur.
Buna görə də ünsiyyət çevrəniz və görmək istədiyiniz işi seçəndə diqqətli olun.
İstedad, bacarıq və imkanlarınızı nümayiş etdirməkdən çəkinməyin.
Xərçəng – səhər saatlarından etibarən aktiv olun. Maraqlanmadığınız iş olsa belə, əgər mənfəət varsa, çalışın.
Sifarişləri yerinə yetirin, verdiyiniz vədləri unutmayın. İşinizin effektivliyinin azaldığını hiss etsəniz, səyləri artırın. Əks təqdirdə gələcək perspektvilərdə irəliləyiş ehtimalı zəifləyə bilər.
Kiçik və xırda məsələlərə görə qıcıqlanmayın. Daxili harmoniyanız üçün gərəkli ünsürləri nizamlayın.
Günün ikinci yarısında mövqelərinizi möhkəmləndirmək üçün konkret addımlar atın. Müvafiq ünsiyyət çevrəsini bəlirləyin.
Şir – internet vasitəsilə alış-veriş etmək, maliyyə məsələlərini uzaq məsafədəki tərəfdaşla həll etmək olar. Səhhətinizin qeydinə qalın.
Maddi durumunuzu yaxşılaşdırmaq üçün əlverişli variantlar arayın. İnadkar və qətiyyətli, hətta tərs olun. Cazibədar təsir bağışlayan məqamların əksəriyyəti mənasızdır.
Yaşam arealını nizamlayın. Şəxsi münasibətlər və təmasların zahiri formatını  müəyyənləşdirin. Halbuki bu, irəliləyiş və ya uğurun rəhni deyil.
Günün ikinci yarısında alış-veriş etmək, məktublaşmaq, gərəkli insanlarla zəngləşmək mümkündür.
Axşam saatlarında istirahət edin.
Kafeyə və ya restorana baş çəkmək olar.
Qız – ayın ən yaxşı günüdür. Fəqət, yükmsək gərginlik və olayların sıxlığına görə fərqli saatlar yaşana bilər. İndiyədək təmaslarda çətinlik çəkdiyiniz insanla dil tapmağa çalışın.
Sizdən uzaqda olan insanla ünsiyyətdə, yazışmada daha çox uğur qazana bilərsiniz. İnformasiya mübadiləsində diqqətli olun, yazdıqlarınıza və dediklərinizə fikir verin.
İntuisiyanız güclənəcək. Orijinal fikirlər, problemin alternativ həlli də mümkündür.
Yaxşıca düşünün, götür-qoy edin. Sizinlə eyni işi görən insanla birgə fəaliyyətdə maraqlı tapıntılar ola bilər.
Axşam saatları ünsiyyət, dostlarla görüş, əyləncə üçün yaxşıdır.
Tərəzi – yaxın ətrafınızdakı insanların əhval və niyyətlərini duymaq üçün həssas olun. Münaqişələri çözməyə, kollektiv fəaliyyəti təşkil etməyə çalışın.
Yaradıcılıq planları da sizi narahat edir. Çoxdan bəri nigaranlıq yaradan situasiyanı həll etməyə başlayın. Əlaqələri intensivləşdirmək və qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil.
Günün ikinci yarısında uğur əldə edə bilərsiniz. Bütün işləri dərhal, yaxud da eyni vaxtda bitirməyə can atmayın. Bilavasitə sizdən asılı məsələlərdə irəliləməyə çalışın.
Nədənsə imtina etməlisiniz. Lakin yenilənmələr, maraqlı imkanlar özlərini çox gözlətməyəcək.
Əqrəb – planlarınız çoxdur, amma görüləcək işləri məntiqlə planlaşdırmaq gərəkdir. Ən mühüm saydığınız işlərdə özünüzü bir qədər məhdudlaşdırın. Bir işi yarımçıq qoyub başqasına keçməyin.
İş yoldaşlarınız və ya tərəfdaşınız da fəaliyyət sahəsini genişləndirmək niyyətindədir. İşin əksər hissəsini onların yerinə yetirməsinə imkan yaradın. Dəstək verin, amma özünüzü yormayın.
İşlərin həddən artıq olması günün ikinci yarısında ifrat yorulmasıza səbəb olar. Əlavə iş və ya sifariş götürsəniz, yaxın günlərdə yaşamınız daha da ağırlaşa bilər. İş yerində, yaşam arealında və fikirlərinizdə qayda yaradın.
Axşam saatları yeni mövzuya ideya səviyyəsində yeni impuls verə bilər.
Tələsməyin, hövsələsizlik etməyin.
Oxatan – uğurlar və uğursuzluqlar seçdiyiniz yolun nə qədər səhih olduğunu göstərir. Paylaşmaq, hədiyyə etmək və güzəştə getmək indi yiyələnmək və nail olmaqdan heç də az əhəmiyyət daşımır.
Yaxınlarınızla münasibətlərdə mövqelərinizi səbatlı edin, hər şeyə yiyələnməyə çalışmayın.
Yarımçıq işlər və borclar qalıbsa, yeni işlərə başlamağa tələsməyin. Köhnə mövzunu bitirin, yaxınınızla danışın, müəyyənliyə nail olun.
Günün ikinci yarısında işlərlə məşğul olun, romantik əyləncələrə və komplimentlərə aludə olmayın.
Səbrli olun, kiçik məsələlərdən alovlanmayın, ailə üzvlərinin tapşırıqlarına üsyan etməyin.
Oğlaq – səfər və ya səyahət üçün əlverişli zamandır.
Yerinizdən tərpənmək istəmirsinizsə, internetdən yararlanın. Yeni tanışlıq, romantik səciyyəli yazışma ola bilər.
Günün ilk yarısında ciddi genişmiqyaslı işə başlamayın. Cari işlər və adi ünsiyyət çərçivəsində qalsanız, yaxşı gündür.
Alış-veriş etmək olar. Gərginlik hiss olunursa, yaşananların hamısını özünüzə şamil etməyin və tərəfdaşdan da gözləntilərinizə tam uyğun olmağı tələb etməyin.
Günün ikinci yarısında yaşana biləcək problemləri ürəyinizə salmayın.
Bir mövzu çərçivəsində çalışın. Mənfəət hiss etdiyiniz istiqamətdə irəliləyiş olacaq.
Mövzunun inkişaf perspektivləri var.
Dolça – mühüm qərarın qəbulu astanasındasınızsa və ya öz gerçəkliyinizi aktiv şəkildə transformasiya edirsinizsə, gün sizə bundan sonrakı fəaliyyət üçün gərəkli mühüm təfərrüatları açıqlaya bilər.
Səhhətinizin qeydinə qalın, zərərli vərdişlərdən imtina edin, faydalı adətlərin sayını artırın.
Yaxşı tanımadığınız insanın təcrübəsi sizə təsir edə bilər.
Günün ikinci yarısı kiçik əməliyyatlar üçün əlverişlidir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik, qarşılıqlı iradlar, əksik və ziddiyyətləri aradan qaldırmaq istiqamətində çətinliklər yarana bilər.
Paradoksal da olsa, elə həmin təmayüllər problemin həllinə, nöqsanın aradan qaldırılmasına imkan verəcək.
Axşam saatlarında yaranan ideyaları dərhal müzakirə edin.
Balıqlar – ən son hadisələrdən xəbər tutmaq və gərəkli insanla əlaqə saxlamaq üçün səhər tezdən aktiv olun. Bu günlə bağlı xüsusi planlar qurmayın.
Yaşamınızda dərinləşmə və təfərrüatlı işlənməsini tələb edən situasiyalar varsa, bu gün zərurət duyulan yerlərdə qayda yaratmaq üçün çox səy göstərin.
Hadisələr istiqamətini və emosional məzmununu dəyişsə də, mühüm işlərin siyahısı dəyişmir.
Günün ikinci yarısında sizi yeni xəbərlər gözləyir.
Həmin məlumatlar mövqelərinizi səbatlı edəcək, eyni zamanda daha çox məlumatın aranmasını şərtləndirəcək.
Peşəkar fəaliyyət müstəvisində perspektivlərlə bağlı düşünmək üçün yaxşı gündür. Ən sərfəli təkliflər belə, vaxtından əvvəl ola bilər.
Axşam saatlarında dincəlin, məkanı dəyişin, maraqlı yerə yollanın.

Comments are closed.