700 bal toplayanlardan biri: Zeynəb

Xəbər verdiyimiz kimi, II və III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında 7 nəfər 700 bal toplayıb. Onlardan ikisi ikinci ixtisas qrupu, 5-i isə üçüncü ixtisas qrupunun abituriyentidir.

XALQ.AZ xəbər verir ki, 700 bal toplayanların adları yavaş-yavaş açıqlanmağa başlayıb. Onlardan biri Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadədir.

Z. Quluzadə həm də Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medalın sahibidir.

 

Orxan