74 yaşlı qoca həbsxanaya girmək üçün bank yardı

Qandal

ABŞ vətəndaşı həbsxanaya girmək üçün bank qarət edib.

Xalq.az-ın məlumatına görə, 74 yaşlı pensiyaçı məhkəmə salonunda tənhalıqdan bezdiyindən bu addımı atdığını bildirib.

Çikaqo məhkəməsi ömrünün böyük hissəsini dəmir barmaqlıqlar arasında keçirən Uolter Unbexauna 3,5 il həbs cəzası kəsib. Məhkəmənin bu qərarı çox yüngül sayılır. Çünki kassada oturan qadını tapança ilə hədələyərək 5000 dollar pul qarət edib.

74 yaşlı qoca məhkəmə qarşısında həbsxanadan çıxdıqdan sonra normal həyata adaptasiya ola bilmədiyini və tənhalıqdan əziyyət çəkdiyi üçün bu hərəkəti etdiyini bəyan edib.