A.O.İbrahimova “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında Dövlət Sərhəd Xidmətinin qanunvericiliyinin inkişafında xidmətlərinə görə Azər Oqtay oğlu İbrahimova Azərbaycan Respublikasının “Əməkdar Hüquqşünası” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2013-cü il.