ABD Malik və Röya 12 il sonra yenidən….

Müğənni ABD Malik əməkdar artist Röya Ayxanla ifa etdiyi “Gəlmədin” adlı duetini təqdim edib.

XALQ,AZ xəbər verir ki, 12 il öncə keçmiş “Dəyirman” qrupu və əməkdar artistin ifa etdiyi mahnıya yeni nəfəs verən ifaçılar bəstəni fərqli tərzdə təqdim ediblər.

Sevilən ulduz “Gəlmədin”lə bağlı təəssuratlarını bölüşüb:

“Dəfələrlə yazırdim ki, mənə link at izləyim. Hər dəfə də “Heç yerdə paylaşma” deyirdi. Çox bəyəndim. Mahnı da tam başqa oldu. Yaxşı ki, bu işə əl qoydu. 2006-cı ildə klip çəkmişdik.

İlk dəfə təklif məndən gəlmişdi. Bir müddət sonra isə Malik özü dedi. Artıq yeni nəslin də bu mahnıdan xəbəri olacaq”.

ABD ərsəyə gələn iş haqda bunları deyib:

“Bu təsadüfən oldu. Ümumiyyətlə isə mahnı tamam başqa cür olmalı idi. Sözlər və musiqi tam hazır idi. Hətta klip də çəkilmişdi. Məndə belə bir xasiyyət var. Əgər gördüyüm işi bəyənmirəmsə onu təqdim etmirəm. Bir il keçəndən sonra mahnının növbəti dəfə studiyada eşitdim. Anladım ki, “Gəlmədin” mahnısının melodiyası ilə uyğundur. Nəqarəti olduğu kimi saxladıq”.

Elgün