Abid Şərifovun ailəsində faciə

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

XALQ.AZ xəbər verir ki, A.Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib.

Hadisə Sabunçu rayonunun Bakıxanov   qəsəbəsində baş verib. Belə ki, mayın 2-də, saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

Nəticədə Z.Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər iki sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.