ABŞ-dan təbrik

 

94

“Azərbaycan dünya bazarlarının mühüm neft təhçizatçısına çevrilib”

 

ABŞ Dövlət katibi Con Kerri Azərbaycanı “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci il ildönümü münasibəti ilə təbrik edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Kerri ölkə prezidentinə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Mən “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və Cənub Qaz Dəhlizi layihəsinin başlanması münasibəti ilə Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaq istəyirəm. Qərbin keçmiş Sovet İttifaqı ərazisində yatırdığı birinci mühüm sərmayəni təmsil edən “Əsrin müqaviləsi” tarixi bir hadisə oldu. Son 20 il ərzində Birləşmiş Ştatlar enerji ehtiyatlarının inkişafı, Avropa və dünyanın enerji təchizatına töhfə vermək səyləri göstərən və həmçinin güclü və müstəqil dövlətə çevrilən Azərbaycanla hərtərəfli tərəfdaşlıq etmişdir. Bakı-Tiflis-Ceyhan boru xəttinin inşası sayəsində Azərbaycan Xəzər və Aralıq dənizləri arasında birinci enerji bəndi yaradaraq dünya bazarlarının mühüm neft təchizatçısına çevrilib. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə də vacib rol oynayaraq Avropa bazarlarına əlavə enerji təchizat marşrutlarını təmin edəcək və bölgənin enerji təhlükəsizliyini möhkəmləndirəcək”.
O, qeyd edib ki, son iki onillik ərzində Azərbaycan və Birləşmiş Ştatlar birgə işləyərək bir sıra uğura imza atıb. “Əsrin müqaviləsi bizə gələcək naminə birgə işlədiyimiz halqa nəyə qadir ola biləcəyimizi xatırladır. Geniş səpkidə təmsil olunan fəaliyyətlər var ki, birgə işləyərək üğüra nail ola bilərik. Bunlar enerji sahəsində inkişafın davam etdirilməsi, Şərq-Qərb ticarət dəhlizinin yaradılması, terrorçuluğa qarşı aparılan mübarizədə etdiyimiz əməkdaşlıqkimi işlərdir. Həmçinin bu sıraya demokratik inkişaf da daxildir”.
Kerrinin sözlərinə görə, iki ölkənin münasibətlərinin qərarlaşdığı üç sütun – təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq, və nəhayət demokratiya və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın daha güclü, daha sabit və daha tərəqqili olması üçün mühümdür.
“Birləşmiş Ştatlar sözügedən məqsədlərin əldə olunması üçün Siz və Sizin hökumətlə işləmək ümidindədir. Yenidən, bu kimi vacib olan ildönümü münasibəti ilə Sizə ən səmimi təbriklərimi çatdırıram”.