ABŞ-ın ikinci Körfəz sınağı

 

ceb

 

Trampın ilk Yaxın Şərq səfərini Səudiyyə Ərəbistanına etməsi yeni Amerikan rəhbərliyinin Səudiyyə Ərəbistanını Körfəzin, hətta Yaxın Şərqin “böyük qardaşı” olaraq gördüyünə dair ilk siqnalı verməsinin ardından baş verən böhranın birmənalı şəkildə ABŞ-ı tərs küncə sıxışdırdığını söyləmək olar. Saman altından su yeridərək  xüsusilə “cihatçı” terrorun maliyyələşdirilməsi məsələsində Qətəri əngəlləmək istəyən və eyni zamanda İran məsələsini də gündəmə gətirmək istəyən ABŞ-ın başda Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Yəmən dördlüyünün Qətəri təcrid və marginallaşdırma siyasətini strateji olaraq dəstəklədiyi vurğulamaq lazımdır. Bununla bərabər, son bir ay ərzində böhranın necə inkişaf etdiyinə nəzər saldıqda, Körfəzdəki təzyiqin yüksəlməsinin və Yaxın Şərqdəki ikinci bir böhranın alovlanmasının , orta və uzun perspektivdə ABŞ-ı küncə sıxışdırdığını da nəzərə almaq lazımdır.

 

Lakin sonunda Qətərin əvvəlki cavabından fərqli və bütün istəkləri qəbul edəcək qədər sadəlöv bir mövqe tutacağını düşünmək bu mərhələdə inandırıcı deyil. Digər tərəfdən, böhranın hara gedəcəyini, dərinləşib dərinləşməyəcəyini,  dördlüyün növbəti addımının nə olacağını bu mərhələdə söyləmək o qədər də asan məsələ deyil. Görünən odur ki, tərəflər mövqelərindən vaz keçmədikcə və Aİ və ABŞ-ın hər iki tərəf üzərində “razılaşdırıla və hərəkətə keçilə bilən” yeni bir zəmin yaradılması üçün təzyiqi artmadığı təqdirdə, böhranın qısa müddətdə həll edilməsini gözləmək bir az sadəlövlük olardı

Yeni Körfəz böhranı nəhayətində ABŞ-ı Körfəz məsələsində daha həssas və tarazlaşdırılmış bir siyasət izləməyə məcbur edir və Körfəz siyasəti haqqında mövcud hakimiyyətdəki fikir ayrılıqlarını da ortaya çıxarmış olur. Belə ki, bir tərəfdən ABŞ xarici işlər naziri Tillerson və müdafiə naziri Mattis uzlaşma və dialoq çağırışı edərək “ağlabatan” bir müqavilənin zərurətindən bəhs edərkən, digər tərəfdən Prezident Trumpın öz komandasından olan bəzi adamlar, ABŞ-ın böhranda Səudiyyə Ərəbistanına  və BƏƏ-yə yanaşan bir mövqe sərgiləməsinin daha məqsədəuyğun olacağına dair fikir bildirirlər. Bu dilemma nəhayətində Trump ilə birlikdə nəzərdə tutulan və enişli-yoxuşlu hala gələn ABŞ xarici siyasətinin bir davamıdır. Bu ikitirəli siyasətin də orta və uzun perspektivdə ABŞ-ı  Körfəz regionunda və Yaxın Şərqdə, istərsə digər coğrafi ərazilərdə strategiya baxımdan zəiflədilməsinin mümkün olduğunu söyləməyə əsas verir.

 

Birmənalı şəkildə vurğulamaq olar ki, qərb hal-hazırda bir növ sınaq qarşısındadır. Nəticə olaraq, Qərbin Qətər sınağı  beynəlxalq terrorizmlə mübarizə kimi məsələlərdə regional və qlobal aktorların birlikdə və koordinasiya halında hərəkət etməsi baxımından da əhəmiyyətlidır. Belə ki, təkcə terrorizmin maliyyələşdirilməsi məsələsində Qətərin təkbaşına günah keçisi halına gətirilməsi o qədər də inandırıcı deyil. Həmçinin, həssas güc nisbətlərinin və qruplaşmaların olduğu, məzhəb münaqişələri və mülki müharibə şəraitinin davam etdiyi Yaxın Şərqin, yeni bir böhranı qaldırmayacaq vəziyyətdə olduğu da aydın şəkildə sezilir. Bu şərtlər altında regional aktorlardan gözlənilən rol, yeni böhranlarda ayrılmaq yox, terror kimi ortaq məsələlərdə məsuliyyətli, məntiqli, davamlı siyasi kurs həyata keçirməkdir. Qərbdən gözlənilən rol isə, “tarazlıq və güzəşt” faktoru mənliyini itirməmək üçün, konstruktiv və məsuliyyətli mövqe sərgiləmək və  beynəlxalq məsələlərin qurumlar üzərindən həll edilməsi üçün səy göstərməkdir

 

Cəbrayıl Fərzəliyev

Scroll to top