ABŞ Rusiyanın ticarət nümayəndəsini geri qaytarır

Rusiyanın ABŞ-dakı ticarət nümayəndəsi Aleksandr Stadnik öz adını Vaşinqton tərəfindən persona non-qrata elan olunmuş rus dipolmatlarının siyahısında aşkar edib.

XALQ,AZ xəbər verir ki, o, bu barədə “RİA Novosti”yə bildirib.

“Keçən ilin sentyabrında ABŞ-dakı Rusiya ticarət nümayəndəliyinin blok edilməsindən sonra, geri göndərilən diplomatlar siyahısında adımı görməyim mənim üçün süpriz olmadı. Bu, ABŞ tərəfindən iki ölkə arasındakı münasibətlərin gələcək tənəzzülü istiqamətində son dərəcə təhrikedici addımdır”, – ticarət nümayəndəsi qeyd edib.

Elgün