Acunun operatoru bıçaqlandı

Dominikan Respublikasında çəkilişləri aparılan “Survivor Türkiyə”nin işçilərindən biri ölüb.

XALQ.AZ məlmat verir ki,  yarışmada operator kimi çalışan 24 yaşlı Alpər Baycın cinayətkar qrupun hücumuna məruz qalıb.

Cinayətkar qrup telefonunu almaq üçün onu bıçaqlayıblar. Ağır xəsarət alan A.Baycın yerindəcə keçinib.

Yarışmanın rəhbəri və aparıcısı Acun Ilıcalı işçinin yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, bu gün keçirilməsi planlaşdırılan canlı yayım və yarımfinal iştirakçılarını müəyyən etmək üçün keçiriləcək səsvermə hadisə səbəbindən təxirə salınıb.