Acunun telekanalında musiqimizə hörmətsizlik (VİDEO)

Türkiyənin “TV8” telekanalında yayımlanan “O ses çocuklar” musiqi müsabiqəsində Azərbaycan musiqisi anonim şəkildə təqdim olunub.

XALQ.AZ-ın məlumatına görə, Türkiyəli məşhur teleaparıcı və prodüsser Acun İlıcalının bir müddət əvvəl sahibi olduğu “TV8” telekanalında yayımlanan “O ses çocuklar” musiqi müsabiqəsinin yarımfinalında Elvin Bal adlı iştirakçı musiqisi Cahangir Cahangirova, sözləri Zeynal Cabbarzadəyə məxsus “Ay qız” mahnısını ifa edib, lakin həmin vaxt titrlərdə mahnının müəllifi (söz və musiqisi) anonim olaraq göstərilib.

Sözügedən müsabiqədən həmin anları təqdim edirik: