Ad günündə 10 milyon funt sterlinq alacaq

H-1

Sentyabrın 15-də Böyük Britaniya şahzadəsi Harri 30 yaşını qeyd edir.

XALQ.AZ-ın məlumatına görə, həmin gün Harri anası şahzadə Dianadan miras qalan 10 milyon funt sterlinqi miras alacaq. Miras ledi Diananın bir zamanlar açdığı fonddan gəlir. Qərbdə bu, valideynlərin öz uşaqlarının maliyyə təhlükəsizliyini təmin etmək üçün tez-tez istifadə etdiyi təcrübədir.

Qeyd edək ki, Diananın 1993-cü ildə hazırladığı ilkin vəsiyyətnaməsində o mirasın övladlarına 25 yaşlarında veriləcəyini yazmışdı. Ancaq Ali Məhkəmənin qərarı ilə 1997-ci ildə bəzi detallar dəyişdirildi, bununla da şahzadə Uilyam və Harri 30 yaşlarından sonra öz analarının pullarına sahib olmaq imkanı qazandılar. Diananın mirasına səhmlər, istiqrazlar, zinət əşyaları, yığılmış vəsaitlər (17 milyon funt sterlinq), geyimlər və digər şəxsi əşyaları daxildir.

H-2