Adil Əliyevə Beynəlxalq mükafat təqdim olundu

“Millət vəkili mükafata layiq görüldü -  Fotolar

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev mərkəzi Ankarada yerləşən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb.

XALQ.AZ  qafqazinfo.az istinadən  xəbər verir ki, millət vəkilləri, dövlət rəsmiləri və ictimai xadimlərin iştirakı ilə keçirilən tədbiri Adil Əliyev giriş sözü ilə açıb. Deputat mükafatlandırma mərasimində iştirak edənlərə və onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Akademiyanın Azərbaycan təmsilçisi Elçin İsgəndərzadə əvvəlcə “Dirçəliş Günü” münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, bu iki önəmli hadisənin üst-üstə düşməsi heç də təsadüf deyil. Adil Əliyevin fəaliyyətini yüksək dəyərləndirən təmsilçi Akademiyanın fəaliyyətindən də bəhs edib.

Rəsmi hissənin sonunda Akademiyanın Ankara başqanı Xaləddin İlkin millət vəkilinə Akademiyanın fəxri doktorluq adını və “Qızıl ulduz” medalını təqdim edib.

Millət vəkili mükafata layiq görüldü -  Fotolar

Scroll to top