Adil Əliyev “Müstəqillliyimizin alternativinin olmadığını dərk etdik”

“20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. Həmin gün xeyli şəhid verdik, eyni zamanda mətinləşdik və müstəqillliyimizin alternativinin olmadığını dərk etdik”.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri deputat Adil Əliev 20 yanvar hadisənin 28-ci ildönümü barədə danışarkən deyib.

“SSRİ erməni separatizmi ilə mübarizə aparmaq istəmir, Dağlıq Qarabağda və Ermənistanda qanla müşahidə olunan etnik təmizləmələrə göz yumurdu. Buna azərbaycanlılar seyrçi qala bilməzdilər, etirazımızı bildirdik, ancaq mərkəzi hökumət separatizmin kökünü kəsmək əvəzinə separatizmlə mübarizə aparanları cəzalandırdı.
Ulu öndər Heydər Əlliyevin də etirazı buna idi. SSRİ-nin hələ qılıncının kəsərli olduğu günlərdə ulu öndər sovet hərbi birliklərinin Azərbaycan xalqını cəzalandırmasına etiraz etdi və bununla Kremlə meydan suladı. Həmin an ulu öndər şəxsi təhlükəsizliyini əsla düşünmür, xalqının yanında olduğunu və onu dəstəklədiyini nümayiş etdirirdi. İnformasiya blokadasında olduğumuz həmin günlərdə ulu öndər cəsarət nümayiş etdirərək əli qana bulanan Moskva üzərindən və dünya mediası vasitəsilə beynəlxalq aləmə səsləndi, azərbaycanlılara qarşı qətliamın həyata keçirildiyini gur səslə bəyan etdi. 20 yanvar hadisələrindən 28 il keçib, xalqımız şəhidlərini və qəhrəmanlarını unutmur, onların əziz xatirəsini hər zaman yad edir”,- Adil Əliyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.