Adriana Limanın sinə dekoltesi göz qamaşdırdı (FOTO)

Z-5

Dünyaca məşhur qadın alt geyimi brendi “Victoria’s Secret” ötən gün Londonda mətbuat konfransı keçirib.
Xalq.az-ın məlumatına görə, hər zaman cazibədarlığı ilə diqqət mərkəzində olan “mələklər” Adriana Lima və Kendis Sveynpol tədbiri açıq elan ediblər. Geyimləri ilə seçilməyi bacaran supermodellərin sinə dekoltesi göz qamaşdırıb.

Modellər, bu il “Victoria’s Secret” şousunun İngiltərənin paytaxtında keçiləcəyini bəyan ediblər. Bir qədər sonra onların yanına gələn baş marketoloq Ed Reyzak şirkət rəhbərliyinin buna 90-cı illərin əvvəllərindən hazırlaşdığını bildirib. Reyzak çıxışının davamında dekabrın 2-nə planlaşdırılmış tədbirə hazırlıqların artıq başladığını deyib. Ötən illərdə Rihanna, Bruno Mars, Maroon kimi ulduzların müşayiəti ilə baş tutan şouda bu il hansı müğənnilərin iştirak edəcəyi hələ məlum deyil.

Xatırladaq ki, “Victoria’s Secret” şousu, adətən, Nyu-Yorkda keçirilir və tarix boyunca yalnız bir dəfə Kannda baş tutub. Adriana Lima və Kendis Sveynpolun fotolarını sizə təqdim edirik:

Z-2

Z-1

Z-3

Z-4

Z-5