Afrində Türk bayrağı asıldı-Video

Türk əsgərləri Afrin əməliyyatının 7-ci günündə Türkiyə bayrağını terrorçulardan təmizlənən bölgəyə asıblar.

XALQ.AZ məlumat verir ki,  “Zeytun budağı” adlandırılan əməliyyatın artıq yeddinci günündə Türk əsgərləri  PKK/PYD/YPG terrorçularını bölgədən təmizləyib. Türk ordusu terrorçuların yerləşdiyi bölgələrdəki TV bloklarını ələ keçiriblər.

Zərərsizləşdirilən terrorçular ərazidən təmizlənərək TV binasına Türkiyə bayrağı asılıb.