Ağ Saray şadlıq evində antisanitariya

Фото-0100

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakıda “Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayını çərimələyib.

Komitədən Xalq.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küç. 14 ünvanında fəaliyyət göstərən “Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, şadlıq sarayındakı zallarda istifadə olunan 14 nəfərlik masa və oturacaqların ölçüləri, onlar arasındakı məsafələr AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və qaydalar” dövlət standartının tələblərinə uyğun deyil, zalda qonaqların sərbəst hərəkət etməsi və personalın keyfiyyətli xidməti üçün müvafiq şərait yoxdur.

Həmçinin müəyyən olunub ki, yeməklərin hazırlanması zamanı sanitariya norma və qaydalara riayət olunmur. İstehlakçılara təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır. Mətbəxdə mənşəyi məlum olmayan toyuq, bildirçin və balıq məhsulları da aşkarlanıb. Şadlıq sarayının anbarında xammalların saxlanma şəraitinə və rejiminə riayət olunmur.

Araşdırma zamanı məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaqları aparılıb. Yoxlanılmış məhsulların müayinəsi göstərib ki, şadlıq sarayında istehlakçılara təqdim olunan “Paytaxt” salatı tərkibində mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarına, bağırsaq çöpləri və E.coli mikroorqanizminin aşkar edilməsinə, maya göbələklərinin sayına görə “Mimoza” salatı isə tərkibində maya göbələklərinin sayına görə ГОСТ 30390-95 dövlətlərarası standartının tələblərinə uyğun deyil.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq inzibati protokol tərtib edilmiş, “Lalə” MMM-ə məxsus “Ağ saray” şadlıq sarayında “Paytaxt” və “Mimoza” salatlarının hazırlanması və satışı qadağan edilib.

 

 

Фото-0077Фото-0083

Фото-0081Фото-0096