“AĞ YOL”da növbədənkənar prezident seçkisi müzakirə olunur

Sosial şəbəkələrdə böyük auditoriyası olan “Ağ Yol” Vətəndaş Hərəkatı özünün eyni adlı facebook qrupu və səhifəsində bu həftə mühüm müzakirələr aparıb.
XALQ.AZ  xəbər verir ki, həftənin əsas müzakirə mövzusu olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı sərəncamı ətarfında geniş polemikalar aparılıb.
Növbədənkənar prezident seçkisinə ilk şərh Prezidentin ictimai- siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən verilib. Prezidentin köməkçisi növbədənkənar seçkinin elan edilməsi haqqında sərəncamda nəzərdə tutulmuş məsələlərin Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğunluğunu  vurğulayıb.
Seçki ilə bağlı geniş müzakirələrə yer ayıran “Ağ Yol” Vətəndaş Hərəkatının qrup və səhifəsində rəy bildirən siyasətçilər, millət vəkilləri, politoloqlar, ziyalılar, müxtəlif  mövqeyə sahib vətəndaşlar  müxtəlif rəylər bildirərək əsasən prezidentin növbədənkənar seçki qərarını dəstəklədiklərini bildiriblər. Minlərlə soasial şəbəkə istifadəçisi növbədənkənar seçkini zəruriləşdirən məsələləri öz statuslarında paylaşaraq bu seçkinin ölkəmiz üçün indiki anda keçirilməsinin vacibliyini qeyd etmişlər.
Sosial şəbəkə istifadəçiləri arasında xüsusi marağa səbəb olan müzakirələrdən biri də Rusiya prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları üzrə Şuranın üzvü, Rusiya İctimai Palatasının üzvü olmuş Maksim Şevçenkounun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bölüşüdüyü qənaəti olub.
“Ermənilər Rusiyanın düşmənidir, Qarabağ isə Azərbaycanın əzəli torpağıdır” deyə vurğulayan Rusiyalı  jurnalist və ictimai-siyasi xadimin fikirlərindən aydın oldu ki, ermənilərin yalanları onların ən çox güvəndikləri Rusiyada daha geniş miqyasda ifşa edilir. Bu fakt Ermənistanın Rusiyanın dostu ola bilməyəcəyinə əmin olan rusiyalı ziyalıların sayının gündən-günə artdığını göstərir.
Video görüntüsü ilə “Ağ Yol” qrup üzvlərinə təqdim olunan bu xəbərin müzakirəsi də çoxsaylı rəylər ilə nəticələnib. “Ağ Yol” Vətəndaş Hərəkatının sosial şəbəkə fəalları rusiyalı politoloqun birmənalı fikirlərini əsaslandıraraq işğalçı ölkənin əsl mahiyyətini digər faktlarla öz fikir və rəyləriylə sübuta yetiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.