Ağalarovlar 20 il öncə və indi (FOTO)

E-1

Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov ailəsinin yeni fotosunu paylaşıb.

XALQ.AZ-ın məlumatına görə, sənətçi özü ilə bərabər “Crocus Group” şirkətinin prezidenti olan atası Araz Ağalarov, anası və bacısının maraqlı görüntüsünü nümayiş edib. Sosial şəbəkələrin aktiv istifadəçisi olan Emin ailə üzvlərinin 20 il öncə və indi çəkilmiş şəklini birləşdirib izləyicilərinə nümayiş edib.

Eminin paylaşdığı şəkil hər kəs tərəfindən maraqla qarşılanıb, istifadəçilərdən əksəriyyəti İrina xanım və Araz Ağalarovun görünüşcə az dəyişdiyini bildiriblər.

E-2