“AGAT” seminar keçirir

agat

 

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 20 oktyabr, 2017-ci il tarixində saat 15:00-da Etika Akademiyasında “Fitnes Etikası” adlı seminar keçirəcək.

XALQ.AZ məlumat verir ki,seminarın keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyatın təşviqi, sağlam qidalanmanın təşviqi, bədən tərbiyəsinin psixoloji tərəflərinin aşılanmasına dəstək olmaqdır. Seminarı Azərbaycan İdman Jurnalistləri Assosiyasının üzvü, fitness üzrə ekspert Əkbər Kərim aparacaq. Seminar ödənişsizdir. Seminarda iştirak etmək istəyənlər agat.ngo@gmail.com ünvanına təsdiq məktubu göndərə bilərlər.

Scroll to top