Ağdaş şəhərində seçicilərlə görüş keçirilib

XALQ,AZ xəbər verir ki, YAP-ın Ağdaş rayon təşkilatı Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş Ağdaş şəhərində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov, MM-in deputatlarından Elman Nəsirov və Sabir Hacıyev çıxış edərək son illər ölkədə səhiyyənin inkişafından, tikilib istifadəyə verilən tibb ocaqlarının dünyanın müasir tibbi ləvazimatları ilə təchiz edilməsindən danışdılar.

Görüşdə çıxış edənlərdən Firqət İsayev, Sədaqət Mustafayeva, Xəyalə Cəlilova və Müzəffər Abdullayev bildirdilər ki, aprel ayının 11-də seçki məntəqələrinə gedərək ölkənin gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklər.

 

Elgün