Ağdaşda yarimilllik şura iclası

 

2

İyulun 16-da rayon İcra Hakimiyyətində RİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi.
İclasda 2014-cü ilin 6 ayı ərzində Ağdaş rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edildi.
İclasa sədrlik edən Ağdaş RİH-nin başçısı Tofiq İbrahimov Ağdaş rayonunda görülən abadlıq-qurculuq tədbirlərindən danışaraq bildirdi ki, 2014-cü ilin ilk yarısı da əvvəlki illərdə olduğu kimi, mühüm uğurlarla başa çatmışdır. Birinci yarımildə sosial-iqtisadi həyatın bütün sahələrində rəvan inkişaf davam etmiş, nəzərdə tutulan proqram və layihələrin icrası təmin edilmişdir.
Şurada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 10-da Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələrin icrası ilə bağlı 2014-cü ilin birinci yarısında Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məruzə olunmuşdur.
Məruzə ətrafında çıxışlar olmuşdur.
Natiqlər çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər. Qeyd olundu ki, əvvəkli dövrdən fərqli olaraq bu ilin birinci yarımili rayonumuzun əhalisi üçün çox əlamətdar və sevincli olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza tarixi səfər etmişdir. Səfəri çərçivəsində rayonda gedən geniş miqyaslı abadlıq-quruculuq işləri ilə tanış olmuş, bir sıra sosial və sənaye obyektlərinin açılışında iştirak etmişdir. Ümummilli liderin adını daşıyan parkda aparılan yenidən qurma işlərinə baxış keçirmiş, rayon ictimaiyyəti nümayəndələri ilə görüş keçirmişdir.
Şura iclasını RİH-nin başçısı Tofiq İbrahimov yekunlaşdıraraq növbəti yarım ildə qarşıda duran vəzifələri uğurla icra etməkdən və mövcud problem və nöqsanları aradan qaldırmaqdan ötrü idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edildi.