“Ağıllı” divar yaradıldı – Video

Karnegi Mellon Universiteti və “Disney Research”in alimləri “ağıllı” divar yaradıb.

XALQ.AZ xəbər verir ki, interaktiv divar elektrik açarlarını istənilən rahat yerdə yerləşdirməyə, jestlərin köməyi ilə videooyunları idarə etməyə, televizorun qoşulması zamanı işıqlanma dərəcəsinin səviyyəsini tənzimləməyə imkan verir.

Alimlər divarın səthində elektrodlar yaratmaq üçün ucuz elektrik keçirici boyadan istifadə ediblər. Boya divara tor şəklində vurulduqdan sonra elektrodlar sensor lövhə ilə birləşdirilib və üzəri lateks boya ilə örtülüb. Elektrod divar iki rejimdə işləyə bilir: insanın toxunuşlarına reaksiya verən sensor panel kimi və elektron qurğuların siqnallarını qəbul edərək sistemə onların tipi və olduğu yeri müəyyənləşdirməyə imkan verən elektromaqnit datçik kimi. Əgər insan özü ilə elektron datçiki daşıyarsa, divar onun yerdəyişməsini də izləyə biləcək. Bu isə valideynlərə uşaqlarına nəzarət etmək üçün əlavə imkan verəcək.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir