Ağstafada ənənəvi şənbə iməciliyi keçirilmişdir

 

02

Oktyabrın 12-də Ağstafa rayonunda növbəti ümumrayon iməciliyi keçirilmişdir. AzərTAc xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin iştirak etdikləri iməcilikdə Ağstafa şəhərinin prospekt və küçələrində, park və xiyabanlarında səliqə-sahman işləri aparılmış, yaşıllıqlara qulluq göstərilmiş, ağacların dibi bellənmişdir.
Bundan əlavə, Bakı-Qazax avtomobil magistralının və dəmir yolunun rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparılmışdır.
Qəsəbə və kəndlərdə keçirilən iməciliklərdə kəndarası yolların kənarı və suvarma arxları məişət tullantılarından təmizlənmişdir.