Ağstafada iməcilik

88

Hər həftənin şənbə günləri olduğu kimi Ağstafa rayonunda növbəti ümumrayon iməcliyi keçirildi. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak edirdilər. Ağstafa şəhərinin prospekt və küçələrində, park və xiyabanlarında səliqə-səhman işləri aparıldı, yaşıllıqlara xüsusi qulluq göstərildi, ağacların dibi şumlandı. Bakı-Qazax avtomobil magistralının və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri aparıldı. Qəsəbə və kəndlərdə keçirilən iməcliklərdə kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

89