Akademik yeni naziri təqdim etdi

 

ramiz

Yeni vergilər naziri Mikayıl Cabbarov bu gün kollektivə təqdim olunub. XALQ.AZ APA-ya istinadən xəbər verir ki, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Ramiz  Mehdiyev Mikayıl  Cabbarova yeni vəzifəsində uğurlar arzulayıb, müvafiq tapşırıqlar verib.

Mikayil

Mikayıl  Cabbarov kollektiv qarşısında çıxış edib.

Qeyd edək ki, prezident İlham Əliyev dekabrın 5-də Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edərək, bu vəzifəyə Mikayıl Cabbarovu təyin edib. M. Cabbarov buna qədər təhsil naziri vəzifəsində çalışıb.

Scroll to top