Akademiyanın kursantları and içdilər

 

05

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının kursantları Dövlət Bayrağı Meydanında and içmişlər

Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyinin Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilmişdir.Fövqəladə Hallar Nazirliyindən Xalq.az  bildirmişlər ki, mərasim açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir.Sonra kursantlar and içmişlər.Tədbirdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağızadə və general-leytenant Etibar Mirzəyev iştirak etmişlər.Çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev kursantları təbrik etmiş, onlara gələcək təhsillərində uğurlar arzulamışdır.Daha sonra akademiyanın rəisi, general-mayor Pənah Süleymanov kursantların andiçmə mərasiminin əlamətdar hadisə olduğunu bildirmiş, bu ali təhsil ocağının gənc kursantlarını təbrik etmişdir.Birinci kurs kursantı Kənan Cəlilov çıxış edərək tələbə yoldaşları adından etimadı layiqincə doğruldacaqlarına söz vermişdir.

Mərasim təntənəli sıra keçidi ilə yekunlaşmışdır.