Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.
XALQ.AZ xəbər verir ki, AMEA-nın hazırki rəhbəri, akademik Akif Əlizadə yenidən prezident postuna layiq görülüb.
Xatırladaq ki, A.Əlizadə ilk dəfə AMEA prezidenti vəzifəsində 2013-cü ildə Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, akademiyanın vitse-prezidenti olub.
Orxan