Aksiz vergisi yüngülləşdirildi

Azərbaycanda Vergi Məcəlləsinə təklif olunan dəyişiklikliyə əsasən, idxal zamanı aksiz vergisindən azad olunan spirtli içkilərin həcmi 2 dəfə, siqaretin həcmi isə 3 dəfə azaldılır.

XALQ.AZ xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

O qeyd edib ki, bununla da fiziki şəxslər fərdi istehlak üçün 1,5 litr alkoqollu içkini, 200 ədəd siqareti ölkəyə gətirərkən heç bir rüsum ödəməyəcəklər.

Qeyd edək ki, bundan əvvəl 3 litr spirtli içkinin, 600 ədəd siqaretin fərdi istehlak üçün Azərbaycan ərazisinə gətirilməsi aksizdən azad idi.

 

Orxan